14 May 2014 17:45
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi Dəniz Qüvvələri ilə NATO-nun ekspertlər qrupu arasında İşçi görüşü keçirilir.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin birgə ekspert qərargah görüşü keçirilir.



Görüşdə ekspertlər tərəfindən dənizdə neft platformalarının mühafizəsi, döyüş gəmilərində şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, gəmi komandirləri və onların köməkçilərinin təlim və təhsildə bacarıqlarının yüksəldilməsi məsələləri müzakirə edilib. Tədbir mayın 15-də başa çatacaq.


Müəllif: