12 İyul 12:51
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda söküntü aparılan ərazidə yaşlı qadın və oğlu ölən şəxsin evini zəbt edərək orada yaşayırlar.

Onların əlində heç bir sənəd olmadan sözügedən yerdə məskunlaşıblar.

Belə ki, hazırda Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi ilə Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində "RR Constructions" MMC tərəfindən tikinti aparılır. Ərazidə olan 240 evlə müqavilə imzalanaraq onlardan 220-si artıq köçürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Yasamal rayon icra nümayəndəsi Fərid Pənahov məlumat verib.

O bildirib ki, köçürülən sakinlərin hamısı kirayə ilə təmin olunurlar.

Lakin ərazidə sökülməyən evlərdən biri mübahisə mövzusuna çevrilən Emma Sadıxova adlı xanıma məxsusdur. Amma o, bir müddət əvvəl vəfat edib. Hər şey də bundan sonra başlayıb. Belə ki, yaşlı qadın yaxınları ilə birlikdə Emma Sadıxovaya məxsus evin qapısını sındıraraq oranı zəbt edib. İndi isə evin söküləcəyini eşidib, tikinti şirkətindən fantastik məbləğ tələb edir. Xanımdan evə dair sənəd istədikdə isə heç nə təqdim edə bilmir.

Ətraflı Baku TV-nin süjetində:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər