30 İyul 15:16
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi universitetlədə təhsilhaqqı artırılıb. Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər, Azərbaycan Dövlət Pedaqoji universitetlərində müəyyən artımlar olduğunu açıqlanıb. Ödənişli təhsilin məbləğini kim müəyyən edir? Təhsilhaqlarının artırılmasına səbəb nədir?

Mövzu ilə bağlı Teleqraf.com-a danışan ekspert Vüsal Kərimli bildirib ki, ali təhsil müəsssisələrində təhsilhaqqının artırılması gözlənilirdi:

“Əgər biz keyfiyyətli təhsildən, təchizatdan, laboratoriya və müasir standartların tətbiqindən danışırıqsa, bunlara maliyyə lazımdır. Hazırda dünyada kompüter texnologiyaları üzrə bütün avadanlıqların köhnəldiyi müşahidə edilir. Bu, ciddi müzakirə olunur. Universitetlər müəyyən məsələlərdə maliyyə çətinliyi çəkirlər. Ali təhsil ocağının inkişaf etməsi üçün yaxşı mütəxəssislər dəvət edilməlidir. Bunun üçün onlara yüksək əməkhaqqı veilməlidir.

2012-ci dövlət universitetlərinin hamısı özünümaliyyələşdirməyə keçdilər. Bu da universitetlərin həyatında yeni dövr sayıla bilər. Dövlət hesabına oxuyan tələbələr üçün universitetlərə ödəniş 1700-1800 arasındadır. Bununla bağlı da dövlət addımlar atmalıdır. Bakıda yerləşən universitetlərin təhsil haqları 2000 və 2000 üzərindədir. Amma region universitetlərində bu məbləğdən də aşağıdır.

Bəzi universitetlər dövlət sifarişilə oxuyan tələbələrin ödənişlərindən gələn vəsaitlərə görə maliyyə çətinlikləri ilə üzləşirlər. Bu məsələyə də baxmaq lazımdır”.

Ekspert qeyd edir ki, keyfiyyətli təhsil üçün investisiya qoyulmalıdır: “Yeni tətbiqlər xaricdən müəllimlərin gətirilməsi, müxtləif təşkilatlarda, şirkətlərdə çalışanların müəllim kimi pedaqoji heyətə dəvət edilməsi maliyyə tələb edir. Tələbələrə dünya səviyyəli biliklər təqdim etməyə çalışan birini 700 manat maaşla necə universitetə cəlb edə bilərik? Universitetlər maliyyə imknalarını genişdləndirməyə məcburdurlar”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər