2 Avqust 11:44
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində hakimlərin sayı artıb.

Teleqraf.com xəbər verir ki, iş yükünün ağır olması ilə əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov sözügedən məhkəməyə ezam edilib.

Hakim Müşfiq Məmmədov artıq ilk hərbi işlərinə baxmağa başlayıb.

Qeyd edək ki, Müşfiq Məmmədov 2021-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib. O, ölkə gündəmində olan məhkəmələrdən biri - Biləsuvarın korrupsiya cinayətlərinə görə həbs edilmiş sabiq icra başçısı Mahir Quliyevin işini araşdırıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər