Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən geyim malları anbarında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təkrar istehsalı nəzərdə tutulan geyim malları ümumilikdə 700kv.m. sahədə yanıb.
Anbar və geyim malları yığılmış digər kisələr yanğından mühafizə olunub.