11 Sentyabr 13:51
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə birlikdə Kiyevdə səfərdədir. Bu, onların son illərdəki ilk birgə səfəridir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Onların Ukrayna paytaxtına dəmir yolu ilə Polşadan qatarla gəldikləri bildirilir.

Xatırladaq ki, dünən Ağ Evin müşaviri Con Kirbi onlayn brifinq zamanı Blinkenin səfər zamanı döyüş meydanındakı vəziyyətlə tanış olmağı və yaxınlaşan qışı nəzərə alaraq Ukraynanın yaxın həftələr və aylardakı ehtiyaclarını müzakirə etməyi planlaşdırdığını bildirmişdi.

O, həmçinin Blinkenin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacağını və Ukrayna dövlət başçısının sülh təkliflərini üz-üzə müzakirə edəcəyini vurğulamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər