İsrail radikal HƏMAS-ın lideri Yəhya Sinvara Qəzza zolağından təhlükəsiz çıxışını girovların qaytarılması və hərəkatın Fələstin anklavı üzərində nəzarətdən imtinası müqabilində təmin etməyə hazırdır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin oğurlanmış və itkin düşmüş şəxslərin işi üzrə koordinatoru Qal Hirş deyib.
"Sinvar, ailəsi və ona qoşulmaq istəyən hər kəs üçün təhlükəsiz çıxış təmin etməyə hazıram. Girovların geri qaytarılmasını istəyirik", - Hirş deyib.
O əlavə edib ki, Qəzzada yeni idarəetmə sistemi lazımdır.
Bundan əvvəl amerikalı jurnalist və “Pulitzer” mükafatı laureatı Seymur Herş mənbələrə istinadən bildirmişdi ki, İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağındakı tunellərdə gizlənən Yəhya Sinvarın təqibinin davam etdirilməsini istəyir, halbuki bu, bütün girovların ölümünə səbəb olacaq.