11 Sentyabr 12:33
3 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyana alternativi yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş sədr müavini, “Erməni Legionu”nun üzvü Albert Bazeyan deyib.

“Hazırda parlamentdə Paşinyanın impiçmenti məsələsinin müzakirəsini mənasız hesab edirik. Çünki “Vətəndaş Müqaviləsi” Partiyası orada mütləq çoxluğa malikdir. Bu durumda Paşinyana etimad göstərməyə bilər, amma onun yerinə baş nazir kimi Papikyan, Simonyan və ya Mirzoyan seçəcəklər”, - siyasətçi qeyd edib.

Bazeyanın fikrincə, rəhbərlik etdiyi revanşist “Vətən naminə Tavuş” Hərəkatının yeni aksiyalarını elan edən yepiskop Baqrat Qalstanyan Paşinyanı devirə bilməyəcək:

“Yepiskopun çağırışı ilə getməyəcək, çünki alternativi yoxdur, insanlar ona qarşı alternativ görmürlər. Yepiskopun dəstəkçiləri kimlərdir: Robert Köçəryanın “Ermənistan” bloku, Serj Sərkisyanın “Şərəfim Var” alyansı. Camaat onları görür - eyni simalar, eyni adamlar”.

Keçmiş vitse-spikerin sözlərinə görə, Ermənistan cəmiyyəti yenidən Köçəryan və ya Sərkisyanı hakimiyyətdə görmək istəmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər