Ukraynaya hava hücumundan müdafiə sistemləri ilə təmin edilməsi ABŞ-ın prioritetidir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Pentaqonun sözçüsü Patrik Rayder bildirib .
O qeyd edib ki, bu məsələ uzun müddətdir ki, prioritet olaraq qorunur. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hər hansı dəyişikliklər gözlənilmir.
Qeyd edək ki, bir müddət öncə Ukrayna prezidenti Vladimir Zelenski NATO ölkələrindən hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağı xahiş edib.