11 Sentyabr 13:11
2 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda və elə dünyanın hər yerində polisin işi qədər məsuliyyətli, riskli peşələr azdır. Həqiqətən polisin gecəsi-gündüzü olmur. Halbuki biz bir çox hallarda unuduruq ki, polisin də öz şəxsi həyatı, şəxsi qayğıları var. Amma ictimai həyatda biz hesab edirik ki, polis hər şeyi kənara qoyub çağırışlarımızı eşitməlidir. Ona görə də bəzən tənqid edənlər olsa belə, polis bizim hər gün həyatımızda bir faktdır.

Baxın: küçədə bir qadına qarşı quldurluq ediləndə, yaxud kimsə sataşanda, ərindən və ya qardaşından qabaq polisə zəng edir. Biz evimizin qapısı döyülüb hansısa təhdidlə üzləşəndə dostumuzu, yaxud qonuşumuzu deyil, polisi köməyə çağırırıq. Bir uşaq itəndə, ya bir ahıl insan intensiv magistral yolu keçməyə çətinlik çəkəndə yenə polis dadımıza çatır. Yəni hər addımda polisin gücünə ehtiyacımız yaranır. Bu, hələ adi, gündəlik həyatımızdan kiçik fraqmentlərdir. Biz hələ daha böyük cinayətlərin, mütəşəkkil banda üzvlərinin, narkotacirlərin törətdiyi ağır cinayətlərin ifşasını, dəhşətli qətllərin üstünün açılmasını, müxtəlif kibercinayətlərin, elektron dələduzluqların polis tərəfindən aşkarlanıb məsuliyyətə cəlb olunmasını qeyd etmirik. Yəni polisin işi çoxdur, sahəsi genişdir, ağılasığmayan hadisələr baş verir, inanılmaz cinayətlər törədilir, lakin hələ biri də olmayıb ki, polis tərəfindən müəyyən edilməsin. Çünki operativ, çevik reaksiya, peşəkar əməliyyat qrupları var və onlar çağırışlara dərhal reaksiya verirlər.

Elə götürək Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisi, Abay Kunanbayev küçəsindəki mənzillərdən birində ailənin təhdid olunaraq 30 milyon manat tələb olunması faktını. Cinayətkar silahlıdır, ev sahibinin başına tapança dirəyib, onu öldürməklə hədələyir və deyilən məbləği tələb edir. Ailənin evdə olmayan üzvlərindən biri isə işdə olarkən mənzilin girişində quraşdırılan təhlükəsizlik kamerasından bu hadisəni görür və o saat polisə müraciət edir. Hadisə yerinə gələn Binəqədi rayon Polis Şöbəsinin Əlahiddə Çevik Polis Alayı cinayətkarı silahı yerə qoymağa və təslim olmağa dəvət edirlər. Lakin bu çağırışa məhəl qoymadan silahlı müqavimət göstərdiyi və atəş açdığı üçün polis əməkdaşları tərəfindən zərərsizləşdirilir. Məlum olur ki, ev sahibindən 30 milyon pul tələb edən şəxs özünü "MTN əməkdaşı" kimi təqdim edib. Ancaq göründüyü kimi, Binəqədi RPŞ-nin peşəkar və operativ əməliyyatı nəticəsində cinayətkar zərərsizləşdirilib. Anaxeber.info məlumat verir ki, ümumiyyətlə, Binəqədi RPŞ-nə polis polkovniki İlqar Məmmədov rəis təyin olunduğu vaxtdan bu rayonda cinayətkarlığa qarşı amansız mübarizə tədbirləri həyata keçirilir. İlqar Məmmədov böyük təcrübə sahibi olan polis polkovnikidir və buna qədər də rəis olduğu həm Bakının Xətai rayonunda, həm Bərdə şəhərində istər narkotiklərin qanunsuz dövriyyəsinə, istərsə quldurluq, dələduzluq və digər cinayətlərə münasibətdə güzəştsiz, sərt biri kimi seçilib. Bunun nəticəsində polis rəisi işlədiyi müddətdə Bərdədə xeyli "təmizləmə"lər aparıb. İlqar Məmmədovun bu uğurlu əməliyyatları və tez bir vaxtda nəticə əldə edə bilməsi birbaşa nazirdən gələn tapşırıqlar əsasında həyata keçirilib.

İlqar Məmmədovun rəhbərliyi və təlimatları əsasında keçirilən ardıcıl əməliyyatlar nəticəsində Bərdədə kriminogen vəziyyət yenidən öz axarına qayıdıb. Ardınca onun paytaxtın Xətai rayonunda rəis olduğu dövrdə genişmiqyaslı tədbirlər həyata keçirilib. Şəhərin Xətai kimi böyük rayonunda cinayətkarlığa qarşı mübarizə aparmaq elə də asan deyildi, amma polis rəisi İlqar Məmmədov komandası ilə birlikdə bu işin öhdəsindən ən yüksək səviyyədə gəlməyi bacarmışdı. Çünki İlqar Məmmədovun fəaliyyət və prinsipi ən kiçik cinayəti bağışlamamaqdır.

Hazırda isə o, Binəqədi rayon Polis Şöbəsinin rəisidir və nazir Vilayət Eyvazov tərəddüd etmədən ona növbəti dəfə etimad göstərib və növbəti bir böyük rayonun ictimai asayişinin qorunmasını tapşırıb. Bəli, etiraf edək ki, Binəqədi də bu cəhətdən problemli rayonlardan biri olub. Lakin indi İlqar Məmmədovun polis rəisi kimi rəhbərliyi altında burada narkotikin kökünün kəsilməsi prosesi gedir, ən kiçik xuliqanlıq hadisəsinə Binəqədi polisi çevik reaksiya verir, bu rayonda polisin işi mobil şəkildə qurulur. Ona görə də polis əməkdaşları mənzil sahibi heç bir zərər görmədən cinayətin qarşısını zamanında alıblar. Bu, İlqar Məmmədovun işinə peşəkar, tələbkar, məsuliyyətli yanaşmasının, vətəndaşların müraciətlərinə ani, həssaslıqla göstərdiyi münasibətin nəticəsidir. Həqiqətən də Binəqədi rayon camaatı tam arxayın şəkildə gecələr parkda gəzə, mənzilində rahat yata bilər, onları qoruyan polis əməkdaşları və vətənpərvər rəis var.
Ümumiyyətlə, onun tabeliyində fəaliyyət göstərən polis əməkdaşlarının cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında mühüm xidmətlərini xüsusi vurğulamaq lazımdır.

Məhz bu peşəkarlığın nəticəsində əksər cinayətlər isti izlərlə açılır, qanunu pozan şəxslər məsuliyyətə cəlb olunurlar. O baxımdan Binəqədi sakinlərinin bəxti gətirib...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər