11 Sentyabr 16:40
5 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistana siyasi dəstəkdən irəli getməyəcək, çünki Tehran başa düşür ki, bu, onu regional müharibəyə cəlb edəcək və bundan həmişə çəkinir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Petrosyan deyib.

Ekspert İranın dəhlizlə bağlı son açıqlamalarını arxasında əməli addımı olmayan xəbərdarlıq və siyasi fəallıq adlandırıb.

Petrosyanın fikrincə, İranın ritorikası digər məsələlərlə yanaşı, İsraillə yaşanan gərginliklə əlaqəlidir: “Bütün dünya bir aydır gözləyir ki, Tehran Təl-Əvivi cəzalandıracaq, amma heç nə görmədik. Bunları nəzərə alsaq, İranın (Zəngəzurla bağlı) ritorikası İsraillə siyasi problemi neytrallaşdırmaq məqsədi daşıyır”.

Analitik fikrini belə izah edib ki, indi öz simasını xilas etməyə çalışan Tehranın hədəfi Rusiya kimi bir gücün qarşısında “nüfuzlu oyunçu” kimi görünməkdir: Rusiya adətən İran kimi onunla yaxın əlaqələri olan ölkələrin siyasi hücumlarına reaksiya vermir”.

Erməni politoloq qeyd edib ki, 44 günlük müharibənin nəticələrindən yararlanmayan ölkələrdən biri də İrandır.

Armen Petrosyan hesab edir ki, yaranmış vəziyyət bunu sübut edir, çünki İran Cənubi Qafqazda 30 il ərzində malik olduğu təsir rıçaqlarını itirib:

“Kommunikasiyaların açılması özlüyündə Ermənistan üçün faydalıdır, bu durumda 30 illik blokadadan çıxmaq şansı ola bilər, amma İran anlayır ki, İrəvan öz qaydaları və bütün maraqlı tərəflərlə oyuna girə bilməyəcək, güzəştə getməyə məcbur olacaq.

İran Azərbaycana öz ərazisindən bir yol təklif edir, amma Bakı onun nəzarətində olacaq dəhliz əldə etmək istəyir. Məqsədlərinə çatan Rusiya 10 noyabr bəyanatını canlandırmağa çalışır. Moskvada bu məsələ Qərblə rəqabət çərçivəsində qiymətləndirilir, həmişə Avropa və ABŞ-ın bu dəhlizdən faydalanmağa çalışmasından danışırlar.

Əgər 10 noyabr bəyanatının məntiqinə görə kommunikasiyaları açmaq Rusiya üçün sərfəlidirsə, İran üçün heç bir variant məqbul deyil. Bununla belə, Tehran yenə də bildirir ki, yollara Ermənistan nəzarət eləməlidir. Ancaq praktikada bu, mümkün deyil, çünki Rusiya, Azərbaycan və Türkiyə buna qarşıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər