11 Sentyabr 13:17
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür parlamentin tribunasında “Daşnaksütyun” Partiyasının yaydığı 004 saylı sirkulyarla bağlı müzakirələr aparırıq. Orada Ermənistanın müstəqilliyinin təhvil verilməsi, xüsusən də ölkənin İttifaq Dövləti və ya Rusiyanın tərkibinə qatılması ilə bağlı müəyyən müddəalar var.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Vaaqn Aleksanyan deyib.

Deputat Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məsələ ilə əlaqədar açıqlamasına reaksiyası belə olub:

“Biz bu haqda danışanda müxtəlif koalisiyaların siyasətçiləri və bəzi siyasi fiqurlar buna qarşı etirazlar səsləndirirlər, bu etirazlarımıza müxtəlif adlar qoyurlar. Durmadan Ermənistanın müstəqilliyinin kökündə “Daşnaksütyun”un dayandığını, onun ölkənin müstəqilliyi uğrunda mübarizə apardığını iddia edirlər.

“Böyük bir ittifaqa qoşulmaq zərurəti” – özünü belə bir şeyə layiq görən bu kütlə özünü həm də “Ermənistanın müstəqilliyinin kökündə dayanan və Ermənistanın suverenliyindən güzəştə getməyən siyasi komanda” adlandırmağa çalışır. Sizin Ermənistanın suverenliyi ilə heç bir əlaqəniz yoxdur, edə biləcəyiniz maksimum şey sadəcə harasa qoşulmaqdır”.

Erməni mediasında yayılan bir səsyazısına görə, jurnalist Köçəryandan Ermənistanın İttifaq Dövlətinə (Rusiya və Belarus arasında yaradılıb – red.) qoşulmasının tərəfdarı olub-olmadığını soruşur, o da cavab verir ki, ölkə daha böyük bir ittifaqa qoşulmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər