11 Sentyabr 10:21
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Kursk vilayətində aktiv hücum əməliyyatlarına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” portalı məlumat yayıb.

“Kurskdakı qüvvələrimizin sol cinahında vəziyyət daha da pisləşib. Ruslar aktiv hücum əməliyyatlarına başlayıb, zirehli texnikaları əvvəlcə Seym, ardınca daha kiçik çaylardan keçiriblər”, - məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya ordusunun növbəti hücumu bu yaxınlarda Ukrayna tərəfindən ələ keçirilən Korenevodan olub. Ruslar Snaqost kəndinə hücum ediblər.

Seym çayı Kurskda Ukrayna ordusu üçün Rusiya qoşunlarına qarşı əsas müdafiə xətti hesab olunurdu.

Portal Rusiya kolonunun Korenevodan Snaqost istiqamətində hərəkət etdiyini də bildirib:

“Zirehli kolon Korenevodan Snaqost istiqamətində hərəkət edir, eləcə də sonuncuda aktiv döyüş əməliyyatları aparılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər