10 Sentyabr 18:23
2 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstan həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərə malikdir.

Teleqraf.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Tiflisin Cənubi Qafqazda gələcəyi necə təsəvvür etməsi barədə suala cavabında deyib.

Darsaliya bölgədə birgə əməkdaşlıq məsələsinə toxunaraq qeyd edib ki, bunun üçün bütün oyunçuların əməkdaşlığa cəlb olunması çox vacibdir. O, həmçinin Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönəlmiş səylərin uğurlu olacağına ümid etdiyini bildirib.

“Regionumuz yeni dövrə qədəm qoyur, bölgəmizdə yeni gəlişmələr baş verir ki, bu da regional əməkdaşlığa qapılar açır. Gürcüstan da bu regional əməkdaşlığa töhfə vermək niyyətindədir və burada mühüm məsələlərdən biri də Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsidir və biz bu prosesdə öz rolumuzu oynamağa sadiqik. Bu, vasitəçilik missiyası deyil, səyləri dəstəkləməkdir”, - Darsaliya vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər