10 Sentyabr 18:14
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 13-də ABŞ Prezidenti Co Bayden Böyük Britaniya Baş naziri Kir Starmerlə Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbə endirməsinə icazə verilməsini müzakirə etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken britaniyalı həmkarı Devid Lemmi ilə birgə mətbuat konfransı zamanı deyib.

ABŞ-ın baş diplomatı həmçinin bu həftə Lemmi ilə Kiyevə birgə səfər edəcəyini açıqlayıb.

Blinkenin sözlərinə görə, Birləşmiş Ştatlar və Britaniya İranın Yaxın Şərqdəki proseslər və Ukraynadakı müharibəyə təsiri ilə mübarizə aparmağın zəruriliyində həmrəydir. Tərəflər həmçinin qeyd ediblər ki, bu, Ukraynanın Rusiyaya qarşı müharibəsində, eləcə də İrana qarşı mübarizədə dəstəklənməsi üçün kritik məqamdır.

“Biz İranın region və onun hüdudlarından kənarda cinayətkar fəaliyyətlərinə qarşı mübarizə aparmağın zəruriliyi ilə tam həmrəyik”, - Lemmi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər