11 Sentyabr 14:19
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) bir çox göstəricilərə görə Rusiya və Belarusun İttifaq Dövləti ilə müqayisə olunmayan qurumdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Sona Qazaryan ölkəsinin İttifaq Dövlətinə mümkün daxil olması ilə bağlı "daşnaklar"ın iddialarını şərh edərkən bildirib.

Müxalifətçi həmkarlarına üz tutan Qazaryan söyləyib: “Ölkənin suverenliyinin təhvil verilməsi ilə tərəfdaşlıq arasındakı fərqi bilirsinizmi?”

Deputatın sözlərinə görə, AB ölkələri bir-birinə hörmətlə yanaşır, bir-birinin müstəqilliyi, suverenliyi və dövlətçiliyini nəzərə alır.

“Başqa bir ittifaqdan fərqli olaraq, demokratiyaya əsaslanan, dövlətlərin bir-birinə hörmət etdiyi, münasibətlərin tamamilə fərqli olduğu, hörmətin tamamilə fərqli dəyərlər üzərində qurulduğu birliyə qoşulmaq istəmək tamamilə anlaşılandır”, - Qazaryan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər