11 Sentyabr 01:58
505
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarusda qeydiyyatda olan və Latviyada istifadə olunan minik avtomobilləri 31 oktyabra qədər ölkə ərazisini tərk etməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Latviya parlamentinin saytında yerləşdirilən bəyanatda deyilir.

"Sentyabrın 10-da Seymdə yekun oxunuşda "Yol hərəkəti haqqında" Qanuna təcili hesab edilən düzəlişlər təsdiqlənib", - məlumatda bildirilir.

Minik avtomobillərinin çıxarılması Avropa İttifaqının (Aİ) əvvəllər tətbiq etdiyi sanksiyaların davamı kimi yerinə yetiriləcək.

Qanuna edilən düzəlişlərə əsasən, əgər nəqliyyat vasitəsi çıxarılmasa, müsadirə olunacaq.

Qeyd edilir ki, 31 oktyabrdan sonra Belarus nömrəli nəqliyyat vasitələri Latviyaya yalnız birdəfəlik tranzit üçün daxil ola biləcəklər.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər