Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişi ilə efirə qayıdıb.
Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev ad çəkmədən həmkarına söz atıb:
"Mən heç vaxt xoşlamıram deyim ki, biz birinciyik, nəyinsə ilkinə imza atmışıq. Dünyada ilk deyilən şey yoxdur. Kimsə kimdənsə nəyisə götürüb. Mən də ilə fəxr edirəm, "Bizimləsən" verilişi çoxlarına şəfa verib. Nə qədər insan doğmalarına, evinə qovuşub. Buradan xeyir tapıb. Sevənlərimiz çoxdur, sevməyənlərimiz də var. Amma biz hamısına təşəkkür edirik. Əgər bir insanı hamı sevirsə, deməli, orada bir saxtakarlıq var".