27 Sentyabr 12:49
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsini yad edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ səfirliyinin feysbuk hesabında paylaşım edilib.

“Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik”, - deyə paylaşımda Mark Libbinin sözləri yer alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər