30 Sentyabr 21:45
214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu və Qaradağ rayonları ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə birləşdirilməsi, Suraxanı rayonu ərazisində siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 01.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "Sea Breeze" ərazisinin və Ləhiş bağlarının, Qaradağ rayonu üzrə Ümid qəsəbəsinin, Suraxanı rayonu üzrə S.Əliyev küçəsinin və “A” yaşayış massivinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin Bakavtomat ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər