Xəbər verdiyimiz kimi, İkinci Ordu Korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Teleqraf.com Gununsesi.info-ya istinadla xəbər verir ki, 44 günlük Vətən Müharibəsindəki qalibiyyətimizin əsas simalarından biri olan Mayis Bərxudarovun "vurulması" mediada şərti olaraq "Beyləqan işi" adlandırılan faciəvi olayla əlaqələndirilib.
Bu işlə bağlı Bakı Apellyasiya Məhkəməsindəki proseslərdə həm həbs edilənlər, həm də zərərçəkən kimi tanınanlar işgəncə göstərişlərində generalın adını hallandırılıb.
Sayta açıqlamasında hazırda sərəncamda olduğunu deyən Mayis Bərxudarov vəzifəsini itirməsini belə qiymətləndirib: "Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam".
"Orduda yeni yüksək təyinat gözləyirsinizmi" sualına gəlincə, general-leytenant belə deyib: "Bu barədə məlumatsızam".