"Neftçi" Roman Qriqorçukla yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uğursuz nəticələrdən sonra Qriqorçukla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında 9 turdan sonra cəmi 5 xal qazanıb, komanda heç bir oyunda qələbə qazana bilməyib.