13:40
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya Prezidenti Alar Karis Qərbi Rusiyaya qarşı müharibədə Ukraynaya yardıma qoyduğu məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, prezident Qərbi Rusiyadan qorxmaqda ittiham edib.

“Davamlı sülhə ümid və Avropada müharibənin mümkünsüzlüyünə inamımız azaldı. Bu münaqişə dövründə Qərbin çəkdiyi xətlər problemi daha da dərinləşdirir”, - Karis bildirib.

Estoniya prezidenti qeyd edib ki, Qərb məsələ ilə bağlı öz xəttini çəkib: “Biz onu keçməyin eskalasiya demək olduğuna inanaraq bir xətt çəkdik. Bu yalandır! Qorxumuz əsassızdır.

Tətbiq etdiyimiz məhdudiyyətlər sadəcə bizim qorxumuzu, zəifliyimizi və qərarsızlığımızı göstərir, bütün bunlar təcavüzkarı qidalandırır, ruhlandırır, iştahını artırır”.

Karis xatırladıb ki, Rusiya Şimali Koreya və İrandan gələn silahlardan məhdudiyyətsiz istifadə edir. Qərb isə Ukraynaya öz müdafiəsi üçün Qərb silahlarından necə istifadə edə biləcəyi ilə bağlı məhdudiyyətlər qoyub.

Estoniya lideri Ukrayna üçün bütün məhdudiyyətləri aradan qaldırmağa çağırıb:

“Bu məhdudiyyətlər ədalətsiz, əxlaqsız və zərərlidir. Bunları tətbiq etməklə bir divar hördük, indi onun arxasından Ukraynaya kömək edirik, həm də öz yardımımızdan tam istifadə olunmasına mane oluruq. Ukraynanı bir qolunu arxadan bağlayaraq döyüşə məcbur edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər