7 Oktyabr 15:50
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Cənubi Qafqazda xaos səpməyə çalışır, region ölkələri bu cəhdlərə qarşı mübarizə aparmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Kollektiv Qərb, bilavasitə NATO ittifaqı ölkələrinin bulanıq suda balıq tutmaq, bu arada da o bulanıq suyu daha da bulanıqlaşdırmaq istəyinin artdığını görürük. Bu təcrübələr ilk dəfə deyil. Hesab edirəm ki, regionun digər ölkələri də bunu tarixən yaxşı bilirlər. Buna görə də, nə lazımdırsa etmək lazımdır ki, artıq dünyanın müxtəlif yerlərində görünən və davam edən bu ümumi qeyri-sabitlik Qərbin bu xaosa nəzarət etmək istəyinə uyğun olaraq, bölgəmizə də keçməsin.

Bu bölgə çox əziyyətlər çəkib, müxtəlif xalqların qəlbində yara izləri qoymuş çoxsaylı münaqişələr, hətta qanlı, amansız müharibələrdən keçib. Ona görə də kim istəsə, gəlib kömək etsə, dəstək olsa, hamımızın xoşbəxt olacağını düşünürəm. Amma kimin qoltuğunda daş, hətta bıçağı varsa, buradan – regionumuzdan uzaq dursun. Birlikdə burada sülhün qorunmasına o qədər enerji sərf etmişik ki, manipulyatorlara idarəolunan xaos siyasətini inkişaf etdirməmək üçün hər şeyi etməliyik. Yeri gəlmişkən, son onilliklərdə orada xaos idarəolunmaz olub”, - Zaxarova vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər