8-ci DokuBaku Beynəlxalq Sənədli Film Festivalı çərçivəsində “Əriyən qar üzərində” adlı filmin nümayişi baş tutub.
Teleqraf.com xəbər verir ki, film ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə və COP29 dialoqlarına həsr olunub.
Filmdə Sofie Kauvinin yaradıcılığı, sənətlə təbiətin vəhdəti əks olunub.
Filmin prodüseri Mojtaba Bahadori, səs rejissoru Hassan Shabankaren, bəstəkarı isə Javad Safaridir.