7 Oktyabr 16:56
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın şərtlərinə daxil olan əsas məsələlərdən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Mövcud Konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası, habelə “soyqırımı” qanuniləşdirilməsi və buna görə Türkiyənin cavabdehlik daşıması nəzərdə tutulur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, bu məsələlər Ermənistan Konstitusiyasının preambula hissəsində, Müstəqillik Aktında qeyd olunub.

““Şərqi və Qərbi Ermənistan əraziləri” ilə bağlı fikirlər irəli sürülməsi, habelə Qarabağla bağlı iddialar Ermənistanın gələcəkdə yenidən işğalçı və təcavüzkar kimi baş qaldırıb Türkiyə və Azərbaycana qarşı silahlı müharibəyə başlayacağı istisna deyil. Amma konstitusiyada bu maddələrin götürülməsi Ermənistanın nəzəri cəhətdən Azərbaycan və Türkiyəyə qarşı belə bir təcavüzkar addım atmasına imkan vermir. Digər əsas məsələ 300 minə yaxın qərbi azərbaycanlının vətəndaşlıq və mülkiyyət hüququnun bərpasından söhbət gedir. Çünki onların vətəndaşlığı əlindən alınıb. Özləri isə güc yolu ilə ölkədən çıxarılıb. Paşinyan Bakının bu şərtlərinə qarşı bir müddət guya “Azərbaycan Konstitusiyasında Ermənistana ərazi iddiası var” kimi absurd fikirlər səsləndirməyə başladı. Amma bu blef idi”.

Politoloq bildirib ki, Ermənistan və onun havadarların Azərbaycana təzyiqlər etmək üçün COP29-la bağlı rəsmi Bakının gördüyü işləri gözdən salmağa çalışırlar:

“Ona görə bu istiqamətdə Azərbaycanın fəaliyyətinə qara yaxır. Həmçinin Azərbaycanın bu məsələdən siyasi hədəf kimi istifadə edəcəyini bildirirlər. ABŞ konqresində 60 konqresmenin müraciətindən doğan ideyadır. Ermənistan əvvəllər Rusiyanın tapşırığı ilə oturub dururdu. İndi isə Qərbdəki siyasət dəllallarının əlaltısına çevrilib. COP29 beynəlxalq miqyaslı Yer planetinin ətraf mühitini qorumaq üçün keçirilən tədbirdir. Ermənistanın belə bir humanitar tədbiri öz çirkin niyyəti ilə ləkələməsi ənənəvi erməni tərbiyəsizliyidir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər