7 Oktyabr 18:15
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda intihar etdiyi bildirilən qadının kimliyi məlum olub.

Teleqraf.com xəbər verir ki, bu, İlahə Səyyad qızı Bayramovadır. Onun həmin binada üçüncü mərtəbədə yaşadığı bildirilir.

Qardaşının sözlərinə görə, İlahə Bayramova intihar etməyib, pəncərəni silərkən yıxılıb.

***

17:37

Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Əlövsət Quliyev küçəsi 140 ünvanında baş verib.

28-40 yaşlarında qadın özünü binanın damından atıb. İlkin məlumata görə, o, intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər