7 Oktyabr 13:16
4 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla mövcud diplomatik gərginlik Ermənistanın yeni güzəştləri ilə bitəcək.

Teleqraf.com xəbər verir ki, bunu revanşist “Ermənistan” blokunun deputatı Tiqran Abramyan deyib.

“Ermənistanla Azərbaycan arasındakı diplomatik sakitlik tədricən diplomatik atışmaya çevrilir.

Ermənistan hökuməti açıq şəkildə bildirir ki, kompromis resursları tükənməz deyil, bu, ölkə daxilində ciddi qarışıqlıq riskini ehtiva edir. Amma Bakı qalib mövqeyində dayanaraq israr etməkdə davam edir ki, onun daim tələb etmək və almaq hüququ var.

Bu vəziyyət tərəfləri yeni çıxılmaz vəziyyətə gətirir, amma buradan da çıxmaq imkanları var. Bu, ya Ermənistan üçün yeni güzəştlər demək olacaq, ya da (İrəvanın təxribatı nəticəsində) sərhəddə gərginliyə gətirib çıxara bilər”, - deputat qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər