7 Oktyabr 10:26
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xameneyi X sosial şəbəkəsində ivrit dilində paylaşım edib.

Teleqraf.com xəbər verir ki, o, HƏMAS-ın İsrailə hücumunun birinci ildönümü ilə əlaqədar yazıb.

“Əl-Əqsa Tufanı” əməliyyatı (HƏMAS-ın İsrailə hücumu – red.) sionist rejimi 70 il geri saldı”, - Xameneyi bildirib.

İsrailin diaspor işləri və antisemitizmlə mübarizə naziri Amiçay Çikli İran liderinin mesajına farsca cavab verib.

“Əməliyyatın Qəzza əhalisini nə qədər irəli apardığını görmək heyrətamizdir”, - nazir qeyd edib.

Çikli İsrailin ötən həftəsonu Beyrutun cənubuna zərbə endirməsindən sonra harada olduğu bilinməyən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” Qüvvələrinin komandiri briqada generalı İsmayıl Qəniyə istinadla belə bir ritorik sual da ünvanlayıb:

“Qənini tapdınız, ya hələ də xəbər yoxdur?”.

İsrail mənbələri “Qüds” komandirinin “Hizbullah”ın yeni lideri Haşim Səfiəddinlə birlikdə öldürüldüyünü iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər