18:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakının Xəzər rayonun Albalılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Teleqraf.com “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər