17:39
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətlə birlikdə ölkədə iğtişaşların təşkilində iştirak edir.

Teleqraf.com xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

“Görürsünüz ki, xanım Salome müxalifətlə birlikdə “ölkədə iğtişaşlar” adlanan ssenaridə birbaşa iştirak edir", - Papuaşvili deyib.

Gürcüstan prezidenti bundan öncə bəyan etmişdi ki, ölkədə keçirilən və hakim “Gürcü Arzusu” Partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrini tanımır. Zurabişvili həmçinin ölkə sakinlərini etiraz aksiyaları təşkil etməyə çağırıb.

Hakim partiya seçkilərdə qalib gəldikdən sonra parlamentdəki 150 mandatdan 89-nu alıb. Parlamentə daxil olan dörd müxalifət partiyasının hamısı mandatlarından imtina edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər