17:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Prezidenti Lula da Silva noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edə bilməyəcək.

Teleqraf.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Braziliya liderinin ofisi yayıb.

Bildirilib ki, buna səbəb onun bir müddət əvvəl başının arxasından zədə almasıdır.

Həkimlərin tövsiyəsinə uyğun olaraq, Lula da Silvanın BMT-nin hazırda Kolumbiyada keçirilən COP16 və gələn ay Bakıdakı COP29 sammitlərində iştirakı baş tutmayacaq. Onun vəziyyətinin hazırda stabil olduğu qeyd olunub.

Xatırladaq ki, 78 yaşlı Braziliya lideri ötən həftə öz iqamətgahında hamam otağında yıxılıb və boynundan zədə alıb. Həkimlər onun boynuna üç tikiş qoyduqdan sonra ambulator müalicə üçün evə buraxıb. Lula da Silva bu zədə səbəbindən Rusiyaya səfərini də təxirə salmalı olmuşdu. Belə ki, o, oktyabrın 21-dən 24-nə qədər Kazanda keçirilən BRICS smmitində iştirak etməli idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər