19:18
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ və Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra etirazlara dəstək verməlidir".

Teleqraf.com "Associated Press" istinadən xəbər verir ki, bu sözləri dövlət başçısı Salome Zurabişvili deyib.

Onun sözlərinə görə, avropalı və amerikalı tərəfdaşların güclü dəstəyinə ehtiyac var.

Zurabişvili ölkədəki etirazlara Qərbdən də dəstək ümid etdiyini bildirib və qalib “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası ilə əlaqələri bərpa etməməyə çağırıb. O hesab edir ki, Avropa İttifaqı regionda mövcudluğunu qorumaq üçün müxalifəti dəstəkləməlidir.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib , müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.


Müəllif: Arzu

Oxşar xəbərlər