15:23
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) ilə bağlı məhkəməyə müraciət edilib.

Teleqraf.com tribunainfo.az-a istinadla xəbər verir ki, TƏBİB-lə bağlı iddianı Əliyev Emil Əli oğlu qaldırıb.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. İddiaçı sosial təminat üzrə problem yaşadığı üçün TƏBİB-i məhkəməyə verib.

İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 2 dekabr tarixində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər