5 Noyabr 11:53
9 795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan işğal dövründə ərazilərimizdə baş verən talançılıq və digər dağıdıcı fəaliyyətlərə görə Ermənistandan böyük pullar (təzminat) tələb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr məsələ ilə əlaqədar İrəvandan verilən son üstüörtülü mesaja diqqət çəkir:

“Parlamentdə gələn ilin büdcəsinin müzakirəsi zamanı xarici işlər naziri Ararat Mirzoyan bu suala birbaşa cavab verməyib. Nazirə sual ünvanlanıb ki, sülh sazişində Ermənistanın Azərbaycana qarşı beynəlxalq məhkəmələrə təqdim etdiyi iddialardan imtina etməli olduğuna dair bənd varmı? Mirzoyan faktiki olaraq bunu inkar eləmədi, əksinə, dolayı yolla təsdiqlədi: “Mən ayrı-ayrı hissələri ictimailəşdirə bilmirəm. Danışıqlarda tərəflərin qaldırdıqları çoxlu məsələ var və bir tərəfin qaldırdığı məsələlərə qarşı tərəfin müsbət cavab verməsi vacib deyil”.

Həmin qeyri-müəyyən bəyanatdan aylar əvvəl artıq mətbuat yazırdı ki, bu, Azərbaycanın növbəti tələbidir. Hələ yanvarda spiker Alen Simonyan bəyan eləmişdi ki, Azərbaycan Ermənistana qarşı iddialardan əl çəksə, Ermənistan da ona qarşı iddialarından əl çəkə bilər. Bir ay sonra, martda Paşinyan məsələ ilə bağlı danışarkən belə bir bəyanat verdi ki, danışıqlar zamanı belə bir məsələ müzakirə olunur”.

Həmçinin mənbə bildirir ki, Azərbaycan Ermənistana qarşı Haaqa Arbitraj Məhkəməsində iddia qaldıraraq dəymiş ziyana görə görünməmiş maddi təzminat tələb edib.

“Yəni, Ermənistan uduzsa, Azərbaycana hansısa X məbləği ödəməli olacaq, böyük məbləğdən danışırıq”, - erməni hüquqşünas Sərkis Qriqoryan “Hraparak”a deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər