4 Noyabr 17:43
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də keçiriləcək seçkilərdə ABŞ prezidentliyinə namizədlərdən hansının qalib gələcəyi 100 faizlik ehtimalla hələ məlum deyil. Amma Avropa artıq ona hazırlaşır ki, Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp qalib gəlsə, Rusiyaya qarşı müharibədə Ukraynaya yardım dərhal dayandırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” avropalı diplomata istinadla yazır.

“Yardım dərhal dayandırıla bilər”, - mənbə deyib.

Diplomat Rusiya lideri Vladimir Putinin bundan istifadə etmək istəyini vurğulayıb. Onun sözlərinə görə, Kreml rəhbəri Donbas və Krımın ilhaqını rəsmiləşdirəcək, ardınca növbəti hücuma qədər fasilə götürəcək.

Nəşr hesab edir ki, Putin Trampın seçilməsindən sonra NATO-nun qarşılıqlı müdafiə ilə bağlı müddəalarını yoxlamaq üçün AB və NATO ölkələrindən birinə, məsələn, Estoniya, Latviya və ya Litvaya hücum edə bilər. Qeyd olunur ki, Böyük Britaniya da Trampın Ukraynaya hərbi yardımı dayandıracağından qorxur.

“Trampın qələbəsi artıq öz periferiyasında iki müharibənin öhdəsindən çətinliklə gələn sükansız Avropada panika sunamisinə səbəb olacaq”, - məqalədə vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər