5 Noyabr 13:03
5 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənəd yekunlaşmadığından təfərrüatları yayımlaya bilmərik, amma əsas ideya yolların (və ya nəqliyyat dəhlizlərinin) açılmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan kommunikasiyaların sadələşdirilmiş prosedurlarla açılması və yollara nəzarət məsələsi ilə bağlı İrəvanın Azərbaycana verdiyi təklifi şərh edərkən deyib.

“Burada qeyri-adi elementlər yoxdur və söhbət kommunikasiyaların maksimum açıqlığından gedir. Əsas odur ki, bu, üçüncü tərəfin nəzarəti, təhlükəsizliyi və ya başqa üsulları istisna edir, Ermənistanın suverenliyi və bu kanallar üzərində total nəzarətini qoruyur”, - nazir müavini bildirib.

Ovannisyan Azərbaycanla danışıqlarda hansı yeniliklərin olması barədə də danışıb:

“Son vaxtlar çox gərgin görüşlər oldu, amma hələlik nəticələr barədə danışa bilmərəm. Amma görüşlər və təmaslar baxımından görünməmiş dərəcədə aktivlik olub".

Diplomat həmçinin əlavə edib ki, son təkliflər paketi Azərbaycana göndərilib və cavabını gözləyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər