5 Noyabr 02:13
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də prezident seçkilərinin seçilməsinə saatlar qalıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 5-də Birləşmiş Ştatlar ölkəni 4 il idarə edəcək 60-cı Prezidentini seçəcək.

Seçkilərdə respublikaçı Donald Tramp və demokrat Kamala Harris arasında mübarizə gedəcək.

Yerli ekspertlər gərgin rəqabət şəraitində keçən seçkiöncəsi prosesin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkirlər.

Erkən seçimlərə oktyabr 26-dan start verilib. Seçki məntəqələri Nyu-Yorkda yerli vaxtla səhər saat 5:00-da axşam 20:00-a qədər fəaliyyət göstərir. Ölkə üzrə artıq 78 milyondan çox seçici erkən səsvermədə iştirak edərək səslərini verib.

Seçkilərdə həm də ABŞ-də qanunların qəbulunda əsas rol oynayan Nümayəndələr Palatası və Senatın üçdə ikisi yenilənəcək.

Pensilvaniya, Nevada, Miçiqan, Şimali Karolina, Corciya, Arizona, Viskonsin ştatları seçkilərin nəticələrini müəyyən edəcək.

Polis gücləndirilmiş iş rejminə keçib, təhlükəsizlik tədbirləri gücləndirilib.


Müəllif:

Oxşar xəbərlər