Keçmiş baş nazir Boris Consonun Aİ-dən çıxma sazişini səhv idarə etməsindən Böyük Britaniya və Şimali İrlandiya zərər görüb.
Teleqraf.com xəbər verir ki, bunu Şimali İrlandiya Sosial Demokrat və İşçi Partiyasının lideri Kler Hanna deyib.
“Onlar bu ada üçün tamamilə mənfi miras qoyublar. Britaniyanı ləkələdilər, reputasiyasına xələl gətirdilər”.
Hannanın sözlərinə görə, Consonun hərəkətləri Britaniyanı gülüş obyektinə çevirib.