15:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin tabeliyindəki Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin Nizamnaməsini təsdiq edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Agentlik Qərardan irəli gələn məsələləri həll etməlidir.

Qərara əsasən, Mərkəzin müstəqil balansı, əmlakı və bank hesabları, üzərində öz adı və “Dövlət Gerbindən istifadə qaydaları haqqında” qanununa uyğun olaraq, həmçinin Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları olacaq.

Qanuna uyğun olaraq, Mərkəzin əqdlər bağlamaq, öz adından əmlak və qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri var. Mərkəz məhkəmədə iddiaçı və yaxud cavabdeh qismində çıxış edə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər