01:12
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ prezident seçkilərində qalib gələrsə, Almaniya erkən federal seçkilər keçirməlidir.

Teleqraf.com xəbər verər ki, bu barədə "Bild" nəşrinin baş redaktorunun müavini Paul Ronzeymer yazır.

“Aylardır öz hökumətinə nəzarət edə bilməyən kansleri kim ciddi qəbul etməlidir? Tramp? Qətiyyən!” - məqalədə qeyd edilir. Ronzeymerin sözlərinə görə, Trampın qələbəsi Almaniyanı hakim koalisiyanın dağılması və hökumətin istefası ilə hədələyir.

O qeyd edir ki, Almaniyanın Avropadakı reputasiyası koalisiya daxilində tez-tez baş verən mübahisələrə görə sarsılır, həmçinin heç kim kansler Olaf Şolz ciddi qəbul etmir.

Ronzeymer əlavə edib ki, ABŞ-dakı seçkilərin nəticələrindən asılı olmayaraq, Şolz Almaniyada mümkün qədər tez yeni seçkilər üçün zəmin hazırlamalıdır".


Müəllif: Arzu

Oxşar xəbərlər