4 Noyabr 22:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində İstanbulda keçirilməli olan “Beşiktaş” - “Makkabi” (Tel-Əviv, İsrail) matçının yerini dəyişdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

Hələlik sözügedən görüşün harada keçiriləcəyi məlum deyil. Bu haqda məlumatların həftəsonuna qədər açıqlanacağı bildirilib. Belə bir qərarın təhlükəsizlik səbəbindən verildiyi qeyd olunub.

Həmçinin oyunun neytral ölkədə təşkil olunacağı da bildirilib.

Qeyd edək ki, “Beşiktaş” - “Makkabi” matçın noyabrın 28-də keçirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər