Ukrayna Silahlı Qüvvələri Donbasda cəbhənin tamamilə dağılması ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Skot Ritter “Dialogue Works” kanalına müsahibəsində deyib.
"Hazırda Donbasda cəbhə tamamilə dağıdılıb", - o qeyd edib.
Ritterin sözlərinə görə, Ukrayna faktiki olaraq artıq uduzub. Keçmiş kəşfiyyatçı Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında üstünlüyü əldə edə biləcəyini düşünmür.