Əmanətlərin Sığortalanması Fondu məhkəməyə verilib.
Teleqraf.com tribunainfo.az-a istiandla xəbər verir ki, fondla bağlı iddianı Qafarova Xatirə Məsi qızı qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı kredit müqaviləsi üzrə yaranmış mübahisə səbəbindən fonla bağlı iddia qaldırıb.
İşə 4 dekabr tarixində Nəsimi rayon məhkəməsində baxılacaq. İş hakim İlqar Qaralovun icraatındadır.
Qeyd edək ki, məhkəməyə verilən fond 2006-cı ildən yaradılıb. Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru Tural Piriyevdir.