4 Noyabr 21:08
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın dövlət borcundan xilas olmaq üsulunu tapıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, tərəfdarları ilə görüşdə məlumat verib.

“Ola bilər ki, biz kriptovalyuta ilə 35 trilyon dollar ödəyək. Mən kiçik bir kağız parçasına yazacam: “35 trilyon dollar kriptovalyuta – borcumuz yoxdur”. Bu fikri bəyənirəm”, - Tramp bildirib.

Qeyd edək ki, 2023-cü ildə qlobal dövlət borcu 100 trilyon dolları ötüb. Bu borcun təxminən üçdə biri ABŞ-ın payına düşür.


Müəllif: Arzu

Oxşar xəbərlər