12:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2024-cü il 11 ayı ərzində daxil olmuş şikayətlərn əsasında tibb müəssisələrində 32 yerində yoxlama həyata keçirilib, araşdırma aparılıb”.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub:

“Tabeli tibb müəssisələrində tibbi və inzibati idarəetmənin fəaliyyətinin yoxlanılması istiqamətində 29 planlı, 7 növbədənkənar monitorinq həyata keçirilib. Aparılmış monitorinq nəticəsində aşkarlanmış nöqsanlara yol verən 57 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı yoxlanışlar da diqqətdən kənarda qalmayıb. 85 tibb müəssisəsində yerində yoxlamaların keçirilməsi və aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisələrə köməklik göstərilib”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər