"Dini maarifləndirmənin kimlər tərəfindən və necə aparılması olduqca önəmlidir".
Teleqraf.com xəbər verir ki, bunu Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din xadimlərinin Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, XX əsrdə və XXl əsrdə aparılan dini maarifləndirmə işləri arasında fərqlər var: dördüncü sənaye inqilabı dövründə dini maarifləndirmə yeni yanaşmalar tələb edir: "Bu gün sosial şəbəkələrdə yerləşdirilən kontentlər heç də hər zaman doğru olmur. Ölkədə 2 milyona yaxın təhsil alan və təhsil verən var. Valideynləri də buraya əlavə etsək, bu sahədə olan maarifləndirmə olduqca böyük önəm kəsb edir. Təhsil standartlarında daha çox humanizmə diqqət etdirilir. Ali məktəblərdə isə multikulturalizmlə bağlı fənn tədris olunur. Min illər keçməsinə baxmayaraq, xalqımız milli mənəvi dəyərlərini qoruyub saxlayır".