Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında peyvənd otağı yaradılıb.
ATU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, burada xəstələrə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanunda nəzərdə tutulan zəruri peyvəndlər edilir.
Onlar arasında Hepatit B, vərəm, poliomielit, göyöskürək, tetanus və digərləri var.
Milli Peyvənd təqvimindəki siyahıdan əlavə, klinikada həmçinin həkimin məsləhəti ilə insan papilloması virusu, suçiçəyi, hepatit A, meninqokokk infeksiyası və qripə qarşı peyvəndlər etdirmək mümkündür. Peyvənd otağı ATU-nun Tədris Terapevtik Klinikasının ikinci mərtəbəsində yerləşir və bu mərkəz peyvəndin aparılması üçün zəruri olan avadanlıqlarla təchiz edilib.
Peyvənd vurdurmaq üçün gərək vətəndaşın sağlamlıq vəziyyəti haqqında həkimin yazılı rəyi olsun. Burada həmin şəxsin müvafiq peyvənd olunmağa qarşı əks-göstərişin olmadığı qeyd edilməlidir. Peyvənd yalnız bu rəy əsasında vurula bilər.
Naibə QURBANOVA