Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınması asanlaşdırılacaq.
Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında bitki mənşəli kənd təsərrüfatı məhsullarının tədarükü proseduru sadələşdiriləcək:
"Bununla bağlı nəzərdə tutan sənədin yaxın günlərdə imzalanması gözlənilir. Hər iki dövlət arasında sənədlər tam hazırdır. Məsələ Rusiya tərəfi ilə razılaşdırılıb. Sadəcə olaraq, imzalanma ilə bağlı məsələ qalıb. Yaxın günlərdə buna dair qərar veriləcək və sənəd imzalanacaq".