7 May 2015 12:18
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Adminitrasiyası (PA) rəhbərinin müavini, Administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov I Avropa Oyunları ərəfəsində Qərbdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, PA rəsmisi N.Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, güclü inkişaf edən, demokratiya istiqamətində addımlar atan, regionda liderə çevrilmiş bir dövlətə qarşı bu cür kampaniyanın keçirilməsi onlara başucalığı gətirə bilməz:

“Bunların hamısı boş şeylədir. Biz xalqa, özümüzə arxayınıq. Çünki xalq bu proseslərin mahiyyətini başa düşür. Onlara bu cür addımlarla nəsə əldə edə bilməyəcəklər. Düşünürəm ki, dünyada ifrat dərəcə istifadə olunan geosiyasi maraqları həyata keçirmək üçün atılan addımlardan biridir. Azərbaycanın müstəqil xarici siyasət kursu var, bu kurs ilə bütün dövlətlərlə əməkdaşlıq edir. Azərbaycan bundan başqa variantlara gedən deyil”.


Müəllif:

Oxşar xəbərlər